Sabah Maşallah Əhmədovun şikayətinə baxılacaq

Sabah Maşallah Əhmədovun şikayətinə baxılacaq

Həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti dekabrın 25-də məhkəmə iclası keçiriləcək.  

Fanat.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baxılacaq.  

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M. Əhmədovun barəsində dekabrın 17-də Binəqədi rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin qərardan M. Əhmədovun vəkili şikayət verərək həbs qətimkan tədbirinin ləğv edilməsini istəyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər