"Sabah" İtaliya klubuna uduzdu

"Sabah" İtaliya klubuna uduzdu
Gürcüstanın paytaxtı Tiflisdə təşkil edilən "Audi Cup”da iştirak edən "Sabah”ın U-14 komandası turnir çərçivəsində növbəti oyununu keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, təmsilçimiz bu dəfə İtaliyanın "Verona” klubuyla qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. Matçda "Sabah"ın yeganə qoluna Mirhafiz Talışzadə imza atıb.
Xatırladaq ki, U-14 bundan öncə "Audi Cup”da İspaniyanın "Levante” (1:3) və Gürcüstanın "Saburtalo” (1:3) komandaları ilə qarşılaşmışdı.
Təmsilçimiz turnirdəki son oyununda 3-cü yer uğrunda matçda qüvvəsini sınayacaq.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər