"Sabah" ilk transferini açıqladı

"Sabah" ilk transferini açıqladı
"Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"dan ayrılan Cavid Tağıyevlə 2 illik müqavilə bağlanılıb. Tağıyev karyerası ərzində "Turan”, AZAL, "Qarabağ” və "Zirə”də çıxış edib. 26 yaşlı futbolçu Azərbaycan millisində 2 oyun keçirib.
Qeyd edək ki, Cavid Tağıyev "Sabah"ın ilk yay transferi olub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər