“Sabah” futbolçu seçimi elan etdi

“Sabah” futbolçu seçimi elan etdi
"Sabah” Futbol Akademiyasına qəbul üçün seçimlər elan edib. 
Fanat.Az xəbər verir ki, paytaxt klubunun sıralarına qoşulmaq istəyən uşaqlar seleksiya məşqlərinə qatıla biləcəklər.
"Vətən” Futbol Məktəbində (ünvan: Səttar Bəhlulzadə küçəsi 23 B) baş tutacaq məşqlər iyunun 1-də olacaq. Seçimlər zamanı 2011, 2012, 2013-cü il təvəllüdlü uşaqlar saat 09:00-10:00, 2009-2010-cu il təvəllüdlülər 10:00-11:00, 2007-2008-ci il təvəllüdlü yeniyetmələr isə 11:00-12:00 arası sınaqdan keçəcəklər.
Seçimlərdə iştirak edəcək uşaqların özləri ilə şəxsiyyəti təsdiq edən sənəd gətirməsi vacibdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər