"Sabah" daha bir legionerini göndərdi

"Sabah" daha bir legionerini göndərdi
"Sabah” Nikola Vuyadinoviçlə yollarını ayırıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, serbiyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Nikola Vuyadinoviç ötən ilin yayında "Sabah"a Sloveniyanın "Domjale" klubundan gəlmişdi. O, Bakı klubunun heyətində 8 rəsmi oyuna çıxıb.
Qeyd edək ki, sabah bundan əvvəl əcnəbi futbolçularından Yevgeni Koçuk və Ulisse Diallo, yerlilərdən Abbas Ağazadə ilə yollarını ayırıb, millimizin üzvü Ozan Can Kökcünü Niderlandın "Telstar" klubuna icarəyə verib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər