“Sabah” - “Beşiktaş” matçının başlama saatı açıqlandı

“Sabah” - “Beşiktaş” matçının başlama saatı açıqlandı

Hər kəsin səbirsizliklə gözlədiyi “Sabah” – “Beşiktaş” matçının tarixi bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Türkiyə nəhəngi ilə qardaşlıq matçı mayın 13-də saat 18:00-da (Türkiyə vaxtı ilə saat 17:00-da) Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Matç xeyriyyə xarakteri daşıyacaq. Oyundan əldə edilən bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bilet satışı və KİV üçün akkreditasiya ilə bağlı tezliklə ətraflı məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər