Bu gün Azərbaycan Premyer Liqasında X turun son oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, "Sabah" "Bank Respublika Arena"da "Səbail"lə qaşılaşıb.
Noyabrın 21-nə nəzərdə tutulan, lakin qonaq komandanın heyətində 4 futbolçunun koronavirus testi müsbət çıxdığı üçün təxirə salınan qarşılaşmada meydan sahibləri 2:0 hesablı qələbə qazanıb. Bununla da sonuncu dəfə III turda "Zirə"yə qalib gələn və sonrakı 6 matçda məğlub olan "Sabah"ın uğursuz seriyası başa çatıb.
Bu nəticədən sonra xallarını 9-a çatdıran "Sabah" "Səbail"i qabaqlayaraq, 6-cı pilləyə yüksəlib. Eyni xala malik "dənizçilər" isə 7-ci sıraya geriləyib.
Komandalar ölkə çempionatında 9-cu dəfə üz-üzə gəlib. Bu oyunlarda "Sabah" 4, "Səbail" 3 qələbə qazanıb. 2 görüş isə heç-heçə başa çatıb. Topların sayında meydan sahiblərinin üstünlüyü var - 12:9. "Sabah" son 6 matçdan yalnız birində qol vura bilməyib. "Səbail" son 4 səfər oyununda qalib gəlməyib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" evdə "Sumqayıt"ı 3:1, "Neftçi" səfərdə "Qəbələ"ni 4:1, "Zirə" isə doğma meydanda "Keşlə"ni 3:1 hesabı ilə məğlub edib.
Premyer Liqa
2020/21 mövsümü
II dövrə, X tur
23 noyabr
Sabah - Səbail 2:1
Qollar: Amadu Diallo, 10. Amin Seydiyev, 32 - Rauf Əliyev, 90+5-pen.
Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomez.
Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 28. Məqsəd İsayev, 6. Orxan Qurbanlı, 29. Amil Yunanov, 13. Əli Sadıxov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Rəhim Həsənov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Bank Respublika Arena".
|
№ |
Klub |
O |
Q |
H/H |
M |
T/F |
X |
|
|
1 |
Qarabağ |
9 |
5 |
3 |
1 |
26:6 |
18 |
|
|
2 |
Zirə |
10 |
5 |
3 |
2 |
12:9 |
18 |
|
|
3 |
Neftçi |
10 |
5 |
2 |
3 |
11:13 |
17 |
|
|
4 |
Sumqayıt |
10 |
4 |
3 |
3 |
13:15 |
15 |
|
|
5 |
Keşlə |
10 |
3 |
3 |
4 |
11:15 |
12 |
|
|
6 |
Sabah |
10 |
3 |
0 |
7 |
10:13 |
9 |
|
|
7 |
Səbail |
9 |
2 |
3 |
4 |
10:12 |
9 |
|
|
8 |
Qəbələ |
10 |
1 |
5 |
4 |
8:18 |
8 |
|
|
Bombardirlər |
Əli Qurbani (Sumqayıt), Filip Ozobiç (Qarabağ), Mahir Emreli (Qarabağ), Namiq Ələsgərov (Neftçi) - 6. Davit Volkov (Zirə) - 4. |
|||||||