“Sabah” 2 qolluq üstünlüyü qoruya bilmədi

“Sabah” 2 qolluq üstünlüyü qoruya bilmədi
Antalyada təlim-məşq toplanışında olan "Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Premyer Liqanın debütantı Qazaxıstanın "Tobol” klubuyla görüşüb. Qarşılaşma "Titanik” otelinin stadionunda baş tutub.
Hesabı 39-cu dəqiqədə Rəşad Eyyubov açıb. 53-cü dəqiqədə Cavid İmamverdiyev fərqi artırıb. Amma bu qələbə üçün yetərli olmayıb. Qazaxıstan klubu iki qol vuraraq görüşü bərabərliklə yekunlaşdırıb.
Qeyd edək ki, "Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Əskişehirspor” klubunu 1:0 hesabıyla məğlub edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər