Rövşən Nəcəf "Sabah"ı təbrik etdi

Rövşən Nəcəf "Sabah"ı təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Sabah” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel Beer Şeva” klubunu 5:2 hesabı ilə məğlub etməsi və UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Fanat.Az xəbər verir ki, Rövşən Nəcəf bu uğurla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

“Sabah” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirəm! Komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər