Rövnəq Abdullayev "Bakı" üçün sponsor tapdı

Rövnəq Abdullayev "Bakı" üçün sponsor tapdı
AFFA "Bakı" üçün sponsor tapıb. Fanat.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov məlumat verib.
Baş katib bildirib ki, "Bakı" üçün iki sponsor tapıblar. Lakin Məmmədov həmin şirkətlərin adını açıqlamayıb: "Hafiz Məmmədovla danışmışıq. O bizə söz verdi ki, vəziyyət düzələcək. Bu səbəbdən də “Bakı” sabah püşkatmada iştirak edəcək. Amma biz vəziyyətin düzəlməyəcəyi ehtimalını da nəzərə alaraq, B planı üzərində çalışırıq. Hazırda iki şirkət “Bakı”ya sponsorluq etmək istəyir. İki şirkət olduğu üçün ad açıqlamaq istəmirəm. Onlar bu işdə maraqlıdırlar. Vəziyyət düzəlməsə, həmin şirkətlərdən biri yəqin, “Bakı”ya sponsorluq edəcək”.
"Hazırda "Bakı"nın gələcək aqibəti ilə bağlı bir neçə variant var. A planı komandanın elitadakı çıxışını davam etdirməkdən ibarətdi. B planı komandaya yeni sponsor tapmaqdı. C planı isə bu komandanı birinci diviziondakı hansısa klubun əvəzləməsidi. "Bakı" yeni mövsümə elitada başlasa, sona kimi çıxış etməlidi. Hansısa komanda çempionatın gedişində çıxışını dayandırsa, bu, faciə olacaq. "Bakı"nın futbolçuları sağ olsunlar ki, fevral ayında pullarını almamalarına rəğmən, meydana çıxıb, oynadılar" deyə Məmmədov əlavə edib.
Qeyd edək ki, "Bakı" bir neçə aydı maliyyə problemindən əziyyət çəkir. Klub futbolçuların və məşqçilərin maaşlarını ödəyə bilmir. Bu səbəbdən baş məşqçi Milinko Pantiç və aparıcı futbolçular komandanı tərk edib. "Bakı"nın Aleksandr Tamovski və Ruslan Leviqaya 138 min 474 dollarlıq borcunu AFFA ödəyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər