Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renatu Sançes 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb.
Fanat.az xəbər verir ki, bu münasibətlə Renatu Sançes Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təsis etdiyi müvafiq mükafata layiq görülüb.
Mükafatı futbolçuya SOCAR-ın prezidenti Rövnəq Abdullayev təqdim edib.
Xatırladaq ki, ötən gün Portuqaliya millisi finalda Fransaya əlavə vaxtda vurduğu qolla qalib gəlib (1:0).
Onu da bildirək ki, R.Santeş Avropa çempionatlarının final oyunlarının ən gənc iştirakçısı olub. Fransa ilə həlledici qarşılaşmaya portuqaliyalı istedad 18 yaş 327 günündə ikən çıxıb. Əvvəlki nailiyyət Kriştianu Ronalduya (AVRO-2004, 19 yaş 150 gün) məxsus olub. Siyahıda 3-cü yeri isə keçmiş SSRİ yığmasının hücumçusu Anatoli Baydaçnı (AVRO-1972, 19 yaş 261 gün) tutur. Beləliklə, Santeş tarixdə Avropa çempionu titulunun ən gənc sahibinə çevrilib.
SOCAR mükafatı isə 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.



Fanat.az