Bu gün Avropa çempionatının final matçı keçirilir. Fransanın paytaxtı Parisdə təşkil olunan həlledici qarşılaşmada meydan sahibləri Portuqaliyanı sınağa çəkir.
Məlum olduğu kimi, SOCAR 6 gənc futbolçunu Avropa çempionatının finalına göndərməyi planlaşdırırdı. Siyahıya Azərbaycanın müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirləri daxil idi.
Fanat.az xəbər verir ki, şirkət vədinə əməl edərək nəzərdə tutulmuş futbolçuları Fransaya göndərib. Özü də Azərbaycan fuitbolunun azyaşlı qəhrəmanlarını Parisdə səfərdə olan SOCAR-ın prezidenti Rövnəq Abdullayev özü hava limanında qarşılayıb. SOCAR-ın dəstəyi ilə Fransaya yollanan qəhrəmanlarımız bütün səfəri şirkət rəhbərliyinin diqqət və qayğısı altında keçirəcək.
Qeyd edək ki, SOCAR Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynlini Parisə göndərib.

Fanat.az