Ruslan Əmircanov rəsmən "Qəbələ"də

Ruslan Əmircanov rəsmən "Qəbələ"də
2013/14 mövsümünü bürünc medallarla tamamlayan "Qəbələ" yeni mövsüm üçün heyətini gücləndirməyə start verib. Fanat.az xəbər verir ki, bölgə klubu "İnter"dən ayrılan Ruslan Əmircanovla bir illik müqavilə imzalayıb. 
Qeyd edək ki, 2012-ci ildən "İnter"də çıxış edən 19 yaşlı müdafiəçi başa çatan mövsümdə Premyer Liqada 25 (2 qol), kubokda 3 oyun (1 qol) keçirib. Ruslan əvvəllər "Karvan", "Standard" və "Neftçi"nin formasını geyinib. O, U-15, U-17, U-19, U-21 və Azərbaycanın əsas yığmasında da çıxış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər