Ruslan Əmircanov "Qəbələ"ni niyə seçib?

Ruslan Əmircanov "Qəbələ"ni niyə seçib?
"Qəbələdə futbol üçün yaradılan şərait bütün futbolçuları bu komandada oynamağa həvəsləndirir. İnfrastruktur istənilən səviyyədədi. Komandaya güclü azarkeş dəstəyi var. Bütün bu göstəricilər futbolçu üçün vacibdi. Buna görə də "Qəbələ"nin formasını geyinəcəyimə görə çox məmnunam". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan Əmircanov deyib.
"İnter"i tərk edən futbolçu bu gün "Qəbələ" ilə 1 illik müqavilə bağlayıb. Müdafiəçi yeni komandasının uğur qazanması üçün əlindən gələni əsirgəməyəcəyini deyib: "Qəbələ" böyük hədəfləri, iddiaları olan komandadı. Yeni komandamın həm olkədə, həm də Avropa Liqasında uğur qazanması üçün əlimdən gələni əsirgəməyəcəyəm". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər