Rusiya yığmasını Bakıya kim gətirəcək?

Rusiya yığmasını Bakıya kim gətirəcək?
21 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının yeni baş məşqçisi müəyyənləşib. Fanat.az хəbər verir ki, qonşu ölkə yığması Dmitri Xomuxa həvalə olunub.
O, bu postda Nikoay Pisarevi əvəzləyib. 45 yaşlı Dmitri Xomuxa 2010-2013-cü illərdə Rusiyanın U-17, 2013-2015-ci illərdə isə U-19 yığmalarına başlçılıq edib.
Qeyd edək ki, Rusiya və Azərbaycanın U-21 yığmaları AVRO-2017-nin seçmə mərhələsinin eyni qrupunda mübarizə aparır. Komandalar arasındakı ilk oyun gələn ilin 24 martında Rusiyada, cavab qarşılaşması noyabrın 17-də Bakıda keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər