21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, sentyabrda AVRO-2017-nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək komandanın heyətinə 23 futbolçu cəlb olunub.
Onlardan ikisi azərbaycanlıdı. Belə ki, Moskva "Spartak"ından Ayaz Quliyevlə "Zenit"in "Rubin"ə icarəyə verdiyi Ramil Şeydayev Rusiya millisinə dəvət alıb.
Qeyd edək ki, Rusiya yığması sentyabrın 4-də Finlandiya, 8-də Avstriya qarşılaşacaq. Rusiya ilə Azərbaycan milliləri eyni qrupda yer alıb. Komandalar arasındakı ilk oyun gələn ilin 24 martında Rusiyada, cavab qarşılaşması noyabrın 17-də Bakıda keçiriləcək.
Qapıçılar: Anton Mitröşkin (“Spartak”, Moskva), Maksim Rudakov (“Zenit”, Sankt-Peterburq), Aleksandr Selixov (“Amkar”, Perm).
Müdafiəçilər: Dmitri Jivoqlyadov, Qriqori Morozov (hər ikisi “Dinamo”, Moskva), İlya Zuyev (“Zenit”, Sankt-Peterburq), Vyaçeslav Karavayev (“Yablonets”, Çexiya), Maksim Kuftin (“Stroqino”, Moskva), Vitali Lıstsov (“Benfika”, Portuqaliya), Elmir Nabiullin (“Rubin”, Kazan), Nikita Çernov (ÇSKA, Moskva).
Yarimmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi “Lokomotiv”, Moskva), Aleksandr Qolovin, Dmitri Yefremov (hər ikisi MOİK, Moskva), Ayaz Quliyev (“Spartak”, Moskva), Aleksey Yevseyev (“Zenit”, Sankt-Peterburq), Roman Zobnin, Anatoli Katriç, Aleksandr Taşayev (hamısı “Dinamo”, Moskva), Arşak Korən (“Vitess”, Hollandiya)
Hücumçular: Andrey Panökov (“Atlantas”, Litva), Ramil Şeydayev (“Rubin”, Kazan).
Fanat.az