Rusiya millisinin sabiq üzü Azərbaycanda oynamaq istəmədi

Rusiya millisinin sabiq üzü Azərbaycanda oynamaq istəmədi

"Qazaxıstan, Azərbaycan və ərəb ölkələrindən təkliflər almışdım". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya milli komandasının sabiq futbolçusu Dmitri Bulıkin deyib.

Ölkəmizdə oynamaq imkanı olan futbolçu təklifdən imtina edib. 36 yaşlı hücumçu karyerasını başa vurduğunu bildirib: "Mən karyeramı evdən uzaqda başa vurmaq istəmədim".

Qeyd edək ki, Dmitri Bulıkin kareyrası ərzində "Lokomotiv", "Dinamo" (hər ikisi Moskva, Rusiya), "Bayer" (Almaniya), "Anderlext" (Belçika), "Fortuna" (Almaniya), "Ayaks", "Tvente", "Den Haaq" (üçü də Hollandiya) klublarında çıxış edib. Onun sonuncu komandası Rusiya "Volqa"sı olub. Rusiya millisində 15 oyun keçirib 7 qol vuran futbolçu vətənində və Belçikada kubok qazanıb, Hollandiyada çempion olub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər