Rusiya millisinin Bakıya gələcək heyəti

Rusiya millisinin Bakıya gələcək heyəti

Fevralın 20-26-a qədər Bakıda təlim-məşq toplanışı keçəcək Rusiyanın 17 yaşadək futbolçulardan ibarət yığmasının heyəti açıqlanıb.

Fanat.az xəbər verir ki, qonşu ölkənin millisinin baş məşqçisi Sergey Matveyev 20 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, Rusiya millisi fevralın 23-ü və 25-də Bakıda Azərbaycanın U-17 yığması ilə yoxlama görüşlərində qüvvəsini sınayacaq.  Hər iki matç Bakı Olimpiya stadionunda keçiriləcək və saat 16.00-da başlayacaq.

Qapıçılar: İvan Lomayev ("Çertanovo"), Matvey Safonov ("Krasnodar").

Müdafiəçilər: Sergey Borodin, Artyom Qolubev (hər ikisi "Krasnodar"), Aleksandr Volkov (CSKA, Moskva), Artyom Qorbulin, Aleksandr Zaxarov ("Dinamo", Moskva), Kiril Lukyanniçov ("Rubin").

Yarımmüdafiəçilər: Petr Volodkin, Aleksandr Rudenko (hər ikisi "Spartak", Moskva), Vyaçeslav Qrulev, Osman İsayev (hər ikisi "Dinamo", Moskva), Maqomed Süleymanov, Daniil Utkin (hər ikisi "Krasnodar"), Dmitri Lesnikov ("Volqarı"), Leon Musayev ("Zenit"), Mixail Yakovlev ("Rubin").

Hücumçular: İvan İqnatyev ("Krasnodar"), Stanislav Laçeviç ("Dinamo", Moskva), Dmitri Çıpçenko ("Çertanovo").

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər