Rusiya klubu "Qəbələ"nin futbolçusunu rəsmən istədi

Rusiya klubu "Qəbələ"nin futbolçusunu rəsmən istədi

Rusiyanın "Mordoviya" klubu "Qəbələ"nin futbolçusu İbrahima Niasseni heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, komandanın yeni baş məşqçisi Yuri Syomin seneqallı müdafiəçini sərəncamında görməkdə maraqlıdı.

Artıq "Mordoviya" transfer üçün hərkətə keçib. Syomin özü isə müqaviləsi başa çatmış futbolçu üçün hallallıq almaq məqsədi ilə "Qəbələ" rəhbərliyinə zəng edib. Bölgə klubu Niasseni heyətdə saxlamaq istəsə də, futbolçu özü Rusiya Premyer Liqasında oynamağa can atır.

Qeyd edək ki, ötən yay "İnter"dən transfer olunan Niasse "Qəbələ"də 35 rəsmi oyuna çıxıb və 1 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər