Emin Mahmudov klubsuz qalıb. Fanat.az xəbər verir ki, Rusiyanın "Krılya Sovetov" klubu azərbaycanlı futbolçu ilə yollarını ayırıb.
Klubun baş direktor Vitali Şaşkov bununla bağlı açıqlamasında bildirib ki, tərəflər arasındakı müqavilə qarşılıqlı razılıq əsasında pozulub və Emin istədiyi kluba keçə biləcək. O, deyib ki, futbolçu özünü başqa klubda sınamaq istəyir.
Qeyd edək ki, "Krılya Sovetov" Mahmudovu 2013-cü ildə Moskva "Spartak"ından 250 min avroya transfer olub. Futbolçu ötən mövsümü icarə əsasında "Mordoviya"da keçirib (19 oyun). Azərbaycan millisindən imtina etmiş futbolçu əvvəllər Rusiyanın "Saturn" və "Tom" klublarında çıxış edib, Rusiyanın aşağı yaş qrupları üzrə millilərində və U-21 yığmasında forma geyinib.
Fanat.az