Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilibk. Fanat.az xəbər verir ki, qitə arenalarında 24 oyun baş tutub.
Azərbaycan yığmasının yer aldığı F qrupunda 3 oyun keçirilib. Millimizin Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gəldiyi gecədə Rusiya Lüksemburqu darmadağın edib - 4:0. Portuqaliya isə evdə İsraillə sülh bağlayıb - 1:1.
Bu nəticələrdən sonra xal hesabını 21-ə yüksəldən Rusiya birbaşa dünya çempionatına yollanıb. Portuqaliya isə play-off mərhələsinə qatılacaq.
DÇ-2014
Seçmə mərhələ
11 oktyabr
F qrupu
Azərbaycan - Şimali İrlandiya 2:0
Qollar: Rüfət Dadaşov, 58. Mahir Şükürov, 90+5.
Lüksemburq - Rusiya 0:4
Qollar: Aleksandr Səmədov, 9. Viktor Faizulin, 39. Denis Qluşakov, 45. Aleksandr Kerjakov, 73.
Portuqaliya - İsrail 1:1
Qollar:Pepe, 27 - Eden Basat, 85.
| 1 | Rusiya | 9 | 7 | 0 | 2 | 19-4 | 21 |
| 2 | Portuqaliya | 9 | 5 | 3 | 1 | 17-9 | 18 |
| 3 | İsrail | 9 | 3 | 4 | 2 | 18-13 | 13 |
| 4 | Azərbaycan | 9 | 1 | 5 | 3 | 6-10 | 8 |
| 5 | Şimali İrlandiya | 9 | 1 | 3 | 5 | 8-16 | 6 |
| 6 | Lüksemburq | 9 | 1 | 3 | 5 | 7-23 | 6 |