"AVRO-2017"nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Rusiya və Azərbaycanəın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasındakı oyunun hakimləri müəyyənləşib. Fanat.az xəbər verir ki, UEFA qarşılaşmanı polşalı hakimlərə tapşırıb.
Görüşün baş hakimi Tomaş Musial olacaq. Ona həmyerliləri Radoslav Siejka və Yakub Slusarski köməklik edəcək. Tomaş Kviatkovski isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, bu gün "Olimp-2" stadionunda keçiriləcək Rusiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
Fanat.az