"AVRO-2017"nin seçmə mərhələsində mübarizə aparan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti oyununun vaxtı dəqiqləşib.
Fanat.az xəbər verir ki, martın 24-də keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Görüş Rostov şəhərində baş tutacaq. Yığmamız səfər oyununu “Olimp-2” stadionunda keçirəcək.
Qeyd edək ki, millimiz Rusiya ilə ev oyununda 3:0 hesabı ilə qalib gəlib.
Fanat.az