Rus prezident "erməni məsələsi"nə görə Azərbaycandan üzr istədi

Rus prezident "erməni məsələsi"nə görə Azərbaycandan üzr istədi

UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Kəpəz” PFK-nın rəqibi olan Moldovanın “Daçiya” klubunun rəsmi internet səhifəsində (http://www.fcdacia.md/ru/football/articles/27-06-2016/6226/) Mərdəkan adı ilə bağlı təhrifə yol verildiyini xəbər vermişdik.

Fanat.az xəbər verir ki, qəsəbə erməniəsilli məkan adı kimi təqdim olunmuşdu. "Kəpəz" məsələ ilə bağlı qarşı tərəfə dərhal narazılıq məktubu göndərmişdi.

Artıq bunun nəticəsi olub. Belə ki, "Daçiya" klubunun Şimali Qafqazdan olan rusiyalı prezidenti Adlan Şişxanov Kişinyov təmsilçisinin rəsmi saytında bu anlaşılmazlığa görə üzr istəyib:

"Mən, "Daçiya" FK-nın prezidenti Adlan Şişxanov bizim press-attaşe tərəfindən buraxılmış səhvə görə səmimi üzrxahlıq edirəm. Həmçinin bütün Azərbaycan xalqı, azarkeşlər və "Kəpəz" FK-ya üzrxahlığımı bildirmək istəyirəm. "Daçiya" heç vaxt siyasətlə məşğul olmayıb. Hazırkı kobud və axmaq səhvə görə bağışlanmağımızı xahiş edirik. Bizim heç bir halda kiminsə hisslərinə toxunmaq istəməmişik" .

Qeyd edək ki, Mərdəkan sözü "vikipediya"nın rus bölməsində də "Mardakyan" (Мардакян) kimi təqdim olunur.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər