Rus idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTO/VİDEO

Rus idmançını döyə-döyə öldürən azərbaycanlı Anar kimdir? - FOTO/VİDEO

Pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirləndirilən Anar Allahverənovun şəxsiyyəti ilə bağlı bəzi məqamlar məlum olub. 

Fanat.Az Lent.az-a istinadən xəbər verir ki, Andrey Draçov, Xabarovskdakı “Qalareya” kafesindən çıxarkən azərbaycanlı idmançı Anar Allahverənovla mübahisə edib. Allahverənov bir neçə zərbəylə onu öldürüb.

Bu arada, Anarın yaxın dostu Çingiz Fərzəliyev yerli telekanallara açıqlamasında bildirib ki, Allahverənov qarışıq döyüş növləri ilə məşğul idi. O, bir neçə turnirdə uğurlar qazanıb, idman dərəcəsi var: “Biz il yarım bir yerdə məşq etmişik. Sonradan mən zədələndim və idmandan ayrıldım. Anar döyüş sambosu üzrə idman ustasıdır. Xabarovskdakı Dəmiryolu İnstitutunda təhsil alır. Eyni zamanda, tikintidə briqadir işləyirdi. Elə Dyaçov da vaxtilə onunla bir yerdə idman məktəbinə gedib”, - deyə Fərzəliyev bildirib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər