Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

Rumıniya millisinin sabiq futbolçusu Qabriel Mureşan həyatını itirib.

Fanat.Az-ın məlumatına görə, 44 yaşlı veteran göldə boğularaq vəfat edib.

İnformasiyanı Rumıniya Futbol Federasiyasının mətbuat xidməti yayıb. Federasiya ÇFR klubunun heyətində 2 dəfə ölkə çempionu olmuş Qabrielin ailəsinə və dostlarına başsağlığı verib.

Mureşan ölkəsinin klubları ilə yanaşı Rusiya "Tom"unda (2012-2014) legioner həyatı da yaşayıb. O, Rumıniya yığmasında 9 matça çıxıb.

Toğrul 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər