Rumıniya çempionatının bombardiri "Qəbələ"də

Rumıniya çempionatının bombardiri "Qəbələ"də
Rumıniya çempionatının bombardiri Liviu Antal karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, bu iddia ilə Rumıniya mətbuatı çıxış edib.
Həmkarlarımızın məlumatına görə, rumın forvardın xidmətində "Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu maraqlıdı. İddia olunur ki, Liviu yaxın günlərdə "Qəbələ"nin Sloveniyadakı düşərgəsinə qoşulacaq. Onun "Vasluy"la müqaviləsi başa çatdığından ölkəmizə azad agent kimi gələcək.
Qeyd edək ki, Liviu ötən mövsüm 16 qol vurub və Rumıniya Liqa 1-nin bomabirdiri olub. 2012-ci ildən çıxış etdiyi "Vasluy"un əsas heyətində 70 oyun keçirib və 23 qol vurub. Antal əvvəllər vətənində "Konkordia" (2007-2008, 21 oyun, 2 qol), "Tarqu Mureş" (2008-2009, 26 oyun, 6 qol) və "Otselul" (2009-2012, 94 oyun, 19 qol).
2009-2010-cu illərdə Rumıniyanın U-21 yığmasına dəvət alan Liviu 2010-cu ildən A milliyə çağırılıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi yığmadakı debüt oyununu 2011-ci ildə Paraqvaya qarşı keçirib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər