"Bakıda özümü yaхşı hiss edirəm. Klubda inkişaf etmək üçün hər şey var. Bir neçə ay sonra ultramüasir yeni məşq mərkəzimiz hazır olacaq. Şəhərdə çoxlu yeni tikili var, bəzisi hələ də tikilir. Burada həmçinin ilk Avropa oyunları keçiriləcək. Bunun niyə belə olduğunu bilməsəm də, yerli əhali bu amillə çox fəxr edir". Fanat.az хəbər verir ki, bu sözləri "İnter"in yeni transferi Ruben Şaken deyib.
Hollandiya yığmasının sabiq üzvü Bakının mərkəzində evinin olduğunu bildirib: "Şəhərin mərkəzində evim var. Ailəmi ancaq yayda görəcəyəm. Bakı möhtəşəm şəhərdi. Avropanın bütün brendlərinə burada rast gəlmək olar".
Fanat.az