Deportivo" Kriştianu Ronaldunu gənc yaşlarda transfer etməyə yaxın olub.
Fanat.Az xəbər verir ki, "qalisiyalılar"ın sabiq prezidenti Auqusto Sezar Lendoyro AS nəşrinə müsahibəsində bu barədə məlumat verib:
"Deportivo"nun həmin dövrdəki texniki direktoru - Besi 17-18 yaşlı Ronaldunun oyununu izləmiş və bizə ondan bəhs etmişdi. Sonra mən Kriştianunun videosuna baxdım və onun qiymətini öyrənməyə çalışdıq. Bizdən 11-12 milyon avro istəyəndə məsələ bitdi. Çünki "Deportivo" bu məbləği qarşılamaq gücündə deyildi. Onda bir oyunçuya görə ödədiyimiz ən yüksək məbləğ 6 milyon avro (Rivaldoya görə) idi.
Möhtəşəm oynamasına baxmayaraq, Ronaldunun bu səviyyəyə çata biləcəyinə inanmırdıq. Nəticədə "Mançester Yunayted" 12 milyon avro ödəməklə onu heyətinə qatdı".
Fanat.Az