Ronaldu bir dəqiqə oynamadan medal alacaq

Ronaldu bir dəqiqə oynamadan medal alacaq

İngiltərə Liqa Kubokunun finalında "Nykasl"ı 2:0 hesabı ilə yenən "Mançester Yunayted" 6 illik fasilədən sonra mükafat qazanıb.

Fanat.Az xəbər verir ki, medalçılar arasında Kriştianu Ronaldu da ola bilər.

"Daily Mail"in məlumatına görə, hazırda "qırmızı-şeytanlar"ın sıralarında olmayan, ümumiyyətlə bu yarışda MY-nin heyətində bir dəqiqə belə oynamayan portuqaliyalı ulduz üçün də medal alınıb. İddiaya görə, Mançester klubuna 30 dəst medal verilib. Halbuki titula gedən yolda 27 oyunçunun xidmətindən istifadə olunub. Qalan 3 medaldan birinin məhz Ronalduya aid olduğu bildirilir. 

Qeyd edək ki, ötən ilin sonunda MY-dən ayrılan ulduz futbolçu hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər