“Roma”nın ulduzu İstanbul nəhənginin hədəfində

“Roma”nın ulduzu İstanbul nəhənginin hədəfində

"Roma"nın futbolçusu Paulo Dibala karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "Hürriyet" yayıb.

Xəbərə görə, argentinalı hücumçu "Qalatasaray"ın diqqət mərkəzindədir.

"Transfermarkt" portalı 30 yaşlı forvardın transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.

Qeyd edək ki, cari mövsüm "canavarlar"ın forması ilə bütün turnirlərdə 19 matça çıxan Paulo 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər