“Roma”nın qapıçısı klubu pulsuz tərk edir

“Roma”nın qapıçısı klubu pulsuz tərk edir

"Roma"nın qapıçısı Ruy Patrisiu mövsümün sonunda klubu pulsuz tərk edəcək. 

Fanat.Az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Xəbərə görə, paytaxt klubu ilə müqaviləsinin müddəti iyun ayına qədər olan futbolçu yeni anlaşma imzalamayacaq. O, "canavarlar"ı yayda azad agent kimi tərk etməyə hazırlaşır.

Portuqaliyalı 2021-ci ildən "Roma"da çıxış edir. 36 yaşlı qolkiper bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər