“Roma”nın hücumçusu “Fiorentina”da

“Roma”nın hücumçusu “Fiorentina”da

“Roma” hücumçusu Andrea Belottini icarəyə verib.

Fanat.Az xəbər verir ki, 30 yaşlı forvard karyerasını "Fiorentina"da davam etdirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belotti 2023/24 mövsümünün sonunadək "Fiorentina"da oynayacaq.

Belotti 2022-ci ildən "Roma"da çıxış edir. Təcrübəli hücumçu bu mövsüm komandanın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun "Roma" ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər