Romadakı AL matçı su polosuna döndü - VİDEO

Romadakı AL matçı su polosuna döndü - VİDEO

Ötən gün UEFA Avropa Liqasında Liqa mərhələsinin ikinci turunun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, həftənin əsas qarşılaşmalarından biri Romada yerli "Latsio" Fransanın "Nitsa" klubu arasında baş tutub.

Romalıların 4:1 hesabı ilə qalib gəldiyi görüşdə İtaliya paytaxtındakı hava şəraiti hər iki komandaya problem əlavə yaradıb. İkinci yarıda güclü yağış səbəbindən qazonda çoxsaylı gölməçələr əmələ gəlib. Lakin rumıniyalı referi Horatiu Fesnic matçı sona qədər dayandırmayıb.

 

Xatırladaq ki, "Latsio" hazırda Avropa Liqasının turnir cədvəlinin lideridir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər