Çempionlar Liqasında qrup mərhələsinin I turuna yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
E qrupunda son Almaniya və İngiltərə çempionları qarşılaşıb. Belə ki, 2012/13 mövsümündə Çempionlar Liqasının qalibi olmuş "Bavariya" "Mançeter Siti"ni sınağa çəkib. Jerome Boatenq 90-cı dəqiqədə vurduğu qolla "Bavariya"ya qələbə qazandırıb. Qrupun digər oyununda "Roma" və Moskva ÇSKA-sı üz-üzə gəlib. İtaliyadakı oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.
F qrupunda APOEL "Barselona"nın qonağı olub. Kataloniya klubu Cerard Pikenin tək qolu ilə qalib gəlib. Amsterdamda isə çempionların dueli baş tutub. Belə ki, son Hollandiya çempionu "Ayaks" Fransa Liqa 1-nin qalibi PSJ-ni qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb.
G qrupunda Joze Mourinyonun başçılıq etdiyi "Çelsi" "Şalke 04"lə münasibətlərini aydınlaşdırıb. London klubu matçın əvvəlində əldə etdiyi üçtünlüyü qoruya bilməyib və heç-heçə edib - 1:1. Sloveniya çempionu "Maribor" isə evdə "Sportinq"lə eyni nəticəyə razılaşıb.
H qrupunda son 5 mövsümdə Ukrayna çempionluğunu heç kimə güzəştə getməyən "Şaxtyor" "Atletik"in qonağı olub. Oyun 0:0 hesabı ilə başa çatıb. Qrupun digər matçında isə "Portu" Belarus çempionu BATE-ni darmandağın edib - 6:0.
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 17 sentyabr
E qrupu
Bavariya (Almaniya) - Mançester Siti (İngiltərə) 1:0
Qol: Jerome Boatenq, 90.
Roma (İtaliya) - ÇSKA (Moskva, Rusiya) 5:1
Qollar: Xuan İturbe, 6. Gervinyo, 10; 31. Maykon, 20. Sergey İqnaşeviç, 50 (avtoqol) - Əhməd Musa, 82.
F qrupu
Barselona (İspaniya) - APOEL (Cənubi Kipr) 1:0
Qol: Cerard Pike, 28.
Ayaks (Hollandiya) - PSJ (Fransa) 1:1
Qollar: Lasse Şkone, 74 - Edinson Kavani, 14.
G qrupu
Çelsi (İngiltərə) - Şalke 04 (Almaniya) 1:1
Qollar: Kesk Fabreqas, 11 - Klaas-Jan Huntelaar, 62.
Maribor (Sloveniya) - Sportinq (Portuqaliya) 1:1
Qollar: Luka Zahoviç, 90+2 - Nani, 80.
H qrupu
Portu (Portuqaliya) - BATE (Belarus) 6:0
Qollar: Yasin Brahimi, 5; 32; 57. Cekson Martines, 37. Adrian Lopez, 61. Vinsent Abubakar, 76.
Atletik (İspaniya) - Şaxtyor (Ukrayna) 0:0
Fanat.az