“Roma” səfərdə çətin qələbə qazandı

“Roma” səfərdə çətin qələbə qazandı

İtaliya A Seriyasında 22-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son gündə bir görüş baş tutub.

“Salernitana” doğma meydanda “Roma” ilə qarşılaşıb. Qarşılaşma qonaqların çətin qələbəsiylə yekunlaşıb.

Hazırda 54 xala malik “İnter” vahid liderdir. “Yuventus” 53 xalla 2-ci, “Milan” 46 xalla 3-cüdür. “Atalanta” 36, “Roma” 35, “Fiorentina” və “Latsio” 34, “Bolonya” 33, “Napoli” 32 xal toplayıb.

İtaliya A Seriyası 22-ci tur 26 yanvar

Kalyari – Torino 1:2 Qollar: Viola, 77 – Sapata, 23. Riççi, 45+3.

27 yanvar

Atalanta – Udineze 2:0 Qollar: Mirançuk, 33. Skamakka, 45+1.

Yuventus – Empoli 1:1 Qollar: Vlahoviç, 50 – Baldanzi, 70.

Milan – Bolonya 2:2 Qollar: Loftus-Çik, 45; 83 – Zirkze, 29. Orsolini, 90+2-pen.

28 yanvar

Cenoa – Leççe 2:1 Qollar: Reteqi, 70. Ekuban, 76 – Krstoviç, 31.

Montsa – Sassuolo 1:0 Qol: Kolpani, 31.

Verona – Frozinone 1:1 Qollar: Suslov, 45+3-pen – Kayo Jorje, 58.

Latsio – Napoli 0:0

Fiorentina – İnter 0:1 Qol: Lautaro Martines, 14.

29 yanvar

Salernitana – Roma 1:2 Qollar: Kastanos, 70 – Dibala, 51-pen. Pelleqrini, 66.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər