"Roma" rəhbərliyi Bonuççi ilə bağlı qərarını qətiləşdirdi

"Roma" rəhbərliyi Bonuççi ilə bağlı qərarını qətiləşdirdi

"Yuventus"un müdafiəçisi, hazırda Berlin "Union"unda çıxış edən Leonardo Bonuççinin "Roma"ya keçib-keçməyəcəyi dəqiqləşib.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.

Xəbərə görə, "canavarlar"ın rəhbərliyi azarkeşlərin kütləvi etirazları səbəbindən 36 yaşlı Bonuççini heyətə qatmaq fikrindən vaz keçib.

Qeyd edək ki, "Roma"nın mərkəz müdafiəçisi Kris Smollinq hazırda zədəlidir. Sözügedən klubun digər stopperi Obite Ndika isə yanvarda Fil Dişi Sahili yığmasının sıralarında Afrika Millətlər Kubokunda iştirak edəcək. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər