"Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlara başladı

"Roma" "Real"ın sabiq baş məşqçisi ilə danışıqlara başladı

Yanvarda Joze Mourinyunu Daniele de Rossi ilə əvəzlədikdən sonra işləri yoluna düşən "Roma" yayda yenidən baş məşqçisini dəyişəcək.

Fanat.Az xəbər verir ki, bu iddianı "Il Messaggero" gündəmə gətirib.

Mənbənin məlumatına görə, gənc mütəxəssisin növbəti mövsümdə məşqçilik postunda qalacağı dəqiq deyil. Hətta "Roma"nın tanınmış məşqçi Manuel Pelleqrini ilə əlaqə saxlayıb. O isə "Copa del Rey" finalına görə həftəsonu La Liqada tur olmadığından dərhal İtaliyaya uçub. “Betis”in hazırkı çalışdırıcısı həftəsonu “Roma”nın “Latsio”ya 1:0 hesabı ilə qalib gəldiyi paytaxt derbisini də izləyib. Oyundan sonra Pelleqrini "canavarlar"ın rəhbərliyi ilə danışıb. Buna baxmayaraq, “Real Madrid” və “Mançester Siti”nin sabiq çalışdırıcısının yaxınları onun “Roma” ilə əlaqələri inkar ediblər.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər