"Roma" Mourinyunu istefaya göndərdi - RƏSMİ 

"Roma" Mourinyunu istefaya göndərdi - RƏSMİ 

"Roma"nın baş məşqçisi Joze Mourinyu istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı açıqlama yayıb.

Komandanın son 5 matçdan yalnız birində qalib gəlməsi və İtaliya çempionatının cədvəlində 9-cu yerə yuvarlanması rəhbərliyin səbr kasasını daşırıb.

61 yaşlı portuqaliyalı mütəxəssis 2021-ci ilin yayından "Roma"ya başçılıq edirdi. O, 2022-ci ildə komandanı Konfrans Liqasının qalibi edib, keçən mövsüm isə Avropa Liqasının finalına çıxarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər