Roma klubu yeni transfer reallaşdırdı

Roma klubu yeni transfer reallaşdırdı

İtaliyanın "Latsio" klubu yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Romalılar "Fiorentina"nın sabiq yarımmüdafiəçisi Qaetano Kastrovilli ilə müqavilə imzalayıb. 27 yaşlı  oyunçunun "Fiorentina" ilə müqaviləsi iyunun sonunda başa çatdığı üçün o, "Latsio"ya azad agent kimi  keçib. Kastrovilli paytaxt klubu ilə üç mövsümlük, 2027-ci ilin yayına qədər müqavilə imzalayıb.

Qaetano Kastrovilli 2023/24 mövsümündə  "Fiorentina"nın heyətində cəmi 6 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər