"Roma" Dibalaya görə əl-ayağa düşdü - Müqavilədən bu bəndi çıxarmaq istəyir

"Roma" Dibalaya görə əl-ayağa düşdü - Müqavilədən bu bəndi çıxarmaq istəyir

"Roma" rəhbərliyinin argentinalı hücumçu Paulo Dibala ilə bağlı planları bəlli olub. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib. 

Mənbənin məlumatına görə, hücumçunun hazırkı müqaviləsində istənilən xarici klubun onu 12 milyon avroya ala biləcəyi ilə bağlı bənd var. Romalılar futbolçu ilə müqaviləni uzatmaq, eyni zamanda bu bəndi çıxarmaq istəyirlər. 

Tərəflər arasında mövcud müqavilənin müddəti 2025-ci ildə başa çatır. 

30 yaşlı argentinalı İtaliya çempionatının bu mövsümündə 18 oyun keçirib, bu matçlarda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər