"Roma" Dibalanı islandiyalı qoleadorla əvəz edəcək

"Roma" Dibalanı islandiyalı qoleadorla əvəz edəcək

"Roma" hücum xəttini kiminlə gücləndirəcəyini müəyyənləşdirib. 

Fanat.Az xəbər verir ki, paytaxt klubu “Cenoa”nın hücumçusu Albert Qudmundssonu transfer etmək niyyətindədir. 

İnformasiyanı "Calcio Mercato" yayıb. 

Mənbənin məlumatına görə, mövsümün əvvəlindən izlənilən islandiyalı forvard komandada Paulo Dibalanı əvəz edə bilər. "Roma" onun "Stadio Olimpiko"ya gəlişini qışda reallaşdırmağa can atır.

Argentinalı Dibala hələ müqavilənin müqaviləsinin uzadılması ilə bağlı qərar verməyib.

Albertin "Cenoa" ilə 2027-ci ilə qədər müddətə müqaviləsi var. Futbolçunun transfer qiyməti 12 milyon avrodur.

Cari mövsümdə o, 16 matçda 8 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər