Roma 2020: Camaləddin Ermənistan təmsilçisini məğlub etdi, "bürünc" qazandı - YENİLƏNİB

Roma 2020: Camaləddin Ermənistan təmsilçisini məğlub etdi, "bürünc" qazandı - YENİLƏNİB
Azərbaycan idmançısı Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.
Fanat.az xəbər verir ki, təcrübəli güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşüb.
Görüş 2:2 hesabı ilə bitib. Lakin, sonuncu xalı güləşçimiz qazandığı üçün qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.
23.30
Azərbaycan idmançısı Aslanbek Alborov (86 kq) Roma şəhərində keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan idmançısı Aslanbek Alborov bürünc medal uğrunda qarşılaşmada Gürcüstan idmançısı İrakli Mtsituriyə 2:0 hesabı ilə qalib gələrək yarışda üçüncü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər