Roberto Mançini Bakıya gəlir - qərar verildi

Roberto Mançini Bakıya gəlir - qərar verildi
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" baş məşqçisini dəyişib. Fanat.az xəbər verir ki, Milan klubu Valter Matsarri ilə yollarını ayırıb.
Artıq "İnter"in yeni baş məşqçisi də müəyyənləşib. "Qarabağ"ın rəqibini bundan sonra Roberto Mançini çalışdıracaq.
Son iş yeri "Qalatasaray" olan Mançini 2004-2008-ci illərdə də "İnter"in baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında ardıcıl 3 dəfə İtaliya çempionluğunu, 2 dəfə ölkə kubokunu və 2 dəf Super Kubokunu qazanıb. 49 yaşlı italyan mütəxəssis "İnter" və "Qalatasaray"dan başqa İtaliyanın "Fiorentina", "Latsio" və İngiltərənin "Mançester Siti" klublarını çalışdırıb. Bir neçə gün əvvəl Mançinin AFFA-dan təklif aldığı, amma qəbul etmədiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, "İnter" Avropa Liqasının qrup mərhələsi çərçivəsində dekabrın 11-də Bakıda "Qarabağ"la qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər