Roberto Mançini Bakıya gəlir?

Roberto Mançini Bakıya gəlir?

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "İnter" baş məşqçisini dəyişə bilər. Fanat.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Həmkarlarımız komandanın son 3 matçda 7 xal toplayaraq uğursuzluq zolağından çıxmasına rəğmən, baş məşqçisini dəyişəcəyini iddia edir. Artıq Matsarrinin yerini kimin tutacağı da bəllidi. İddiaya görə, 2004-2008-ci illərdə komandanı çalışdırmış Roberto Mançini geri qaytarılacaq.

Mançininin rəhbərliyi altında "İnter" 4 dəfə İtaliya çempionluğunu (2005-06, 2006-07, 2007-08), 2 dəfə ölkə kubokunu (2004-05, 2005-06) və 2 dəfə Superkubokunu qazanıb (2005, 2006). İtalyan mütəxəssisin son iş yeri "Qalatasaray" olub. 

Qeyd edək ki, "İnter" Avropa Liqasında "Qarabağ"la birlikdə F qrupunda mübarizə aparır. Milandakı oyunda təmsilçimizi 2:0 hesabı ilə yenən italyanlar son oyununu dekabrın 11-də qrupdakı Bakıda keçirəcək. "İnter" hazırda 7 xalla qrupa başçılıq edir, "Qarabağ" isə 4 xalla ikinci pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər