Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Xorvatiya mətbuatına açıqla verib. Fanat.az xəbər verir ki, xorvat mütəxəssis "DÇ-2018"in seçmə qrup mərhələsindəki rəqiblərini dəyərləndirib:
"Çətin qrupa düşmüşük. Almaniya və Çexiya kimi güclü rəqiblərimiz var. Norveç və Şimali İrlandiya ilə yenidən üz-üzə gələcəyik. Missiya və hədəfim ondan ibarətdi ki, heç bir komanda Bakıya azad və rahat şəkildə gəlməsin. Qalib gələ bilərlər, amma qoy, vurduqları qolu İtaliya ilə Bakıdakı oyunda olduğu kimi qeyd etsinlər. İtaliyalılar qol vuranda elə sevinirdilər ki, elə bil ki, "AVRO-2016"nın finalında fərqlənirdilər".
Qeyd edək ki, Azərbaycan "DÇ-2018"in seçmə qrup mərhələsində Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marino ilə birgə mübarizə aparacaq.
Fanat.az