Futbol üzrə Xorvatiya yığmasının sabiq məşqçisi Robert Prosineçki Azərbaycan milli komandasının sükanı arxasına keçəcəyinə dair məlumatları azerisport.az saytının müxbiri ilə söhbətində müzakirə edib. Həmin müsahibəni təqdim edirik:
- Sizin Parisdə AFFA rəsmiləri ilə görüşdüyünüzə dair xəbərlər var. Bu, doğrudu?
- Bəli. Biz bu həftə Fransada görüşmüşük.
- Sizə Azərbaycan yığmasının baş məşqçisi olmaq təklif olundu?
- Dedilər ki, məni bu postda görməkdə maraqlıdılar.
- Siz nə cavab verdiz?
- Mənə konkret təklif edilmədi. Sadəcə, namizədlərdən biri olduğum diqqətə çatdırıldı.
- Buna münasibətiniz necədi?
- Düzünü deyim ki, bu təklif məndə də maraq doğurdu. Amma dediyim kimi, hələ konkret bir şey yoxdu.
- Parisdə AFFA rəsmilərindən kimlərlə görüşmüsüz?
- İcazənizlə bu sualınızı cavabsız qoyum (gülür).
- Noyabrın 4-də AFFA ilə müqavilə bağlayacağınıza dair xəbərlər doğru deyil?
- Hələ mənim planlarımda Bakıya gəlmək yer almır. Biz, sadəcə, görüş keçirmişik.
Fanat.az