Robert Prosineçki: "AFFA ilə razılıq əldə olunmayıb"

Robert Prosineçki: "AFFA ilə razılıq əldə olunmayıb"

"Fransada Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüşmüşəm". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi olacağı deyilən Robert Prosineçki deyib.

Xorvat mütəxəssis vətənində verdiyi açıqlamada millimizin baş məşqçi postuna namizədlərdən biri olduğunu bildirib: "Onlarla müəyyən danışıqlarımız oldu. Mənimlə görüşən AFFA-nın səlahiyyətli nümayəndələri Azərbaycan millisinin baş məşqçi postuna namizədlərdən biri olduğumu dedilər. Bu yalnız bir görüş idi. Ətraflı heç bir şey danışmadıq". 

Prosineçki AFFA ilə anlaşması barədə xəbərləri təkzib edib: "Xorvatiya mətbuatında çıxan xəbərlər hamısı isə yalandı. Heç bir razılıq əldə olunmayıb. AFFA da heç bir öhdəlik götürmədi. Yaxın gələcəkdə yeni danışıqlar ola bilər. Ondan sonra sizə hər hansı açıqlama verə bilərik. Səhv etmirəmsə, azərbaycanlılar məndən başqa məşqçilərlə də görüşüblər. Əgər seçim mən olsam, hamınız biləcəksiniz".

Qeyd edək ki, Xorvatiya mətbuatı Prosineçkinin AFFA ilə anlaşdığını iddia edib. Həmkarlarımızın məlumatında deyilir ki, mütəxəssis noyabrın 4-də müqavilə imzalayacaq və millimizi Norveçlə oyuna çıxaracaq. AFFA isə rəsmi açıqlamasında Prosineçki ilə görüşün baş tutduğunu, amma bunun tanışıq xarakteri daşıdığını qeyd edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər