Robert Prosineçki Bakıda əməliyyat olundu

Robert Prosineçki Bakıda əməliyyat olundu
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki cərrah bıçağı altına uzanıb. Fanat.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün əməliyyat olunub.
Bakıda, “Modern” Hospitalda baş tutan uroloji əməliyyat az öncə başa çatıb. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Lakin baş məşqçinin nə vaxt evə buraxılacağı barədə hələ məlumat verilməyib.
Apasport.az saytının əməkdaşı Prosineçkinin son durumunun nə yerdə olduğunu öyrənmək üçün hospitalla əlaqə saxlayıb. Ancaq klinikadan bildirilib ki, Prosineçki onu əməliyyat edən həkimə bu barədə açıqlama verməyi qadağan edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər