Rio-2016: Azərbaycanlı qalib gəldi, erməninin qolu sındı, ağladı - FOTO/VİDEO

Rio-2016: Azərbaycanlı qalib gəldi, erməninin qolu sındı, ağladı - FOTO/VİDEO

Braziliyanın Rio de Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında ağır atletika yarışları davam edir.

Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov 77 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub. Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd İlhab Yussifi geridə qoyub.

N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.

Bu yarışda Ermənistan yığmasının üzvü, Avropa çempionu Andranik Karapetyan 195 kq ağırlığında ştanqanı qaldırmağa çalışanda uğursuzluğa düçar olub. Qolu dirsəkdən çıxan və sınan 20 yaşlı erməni atlet qışqıraraq ağlayıb.

A.Karapetyan bu yarışların favoriti sayılırdı və onun Ermənistan yığmasına ilk qızıl medalı qaxandıracağı ehtimal olunurdu. Həkimlərin dediklərinə görə, A.Karapetyanın müalicəsi ilə reabilitasiyası minimum 6 ay davam edəcək. (Milli.Az)

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər